Azad edilmiş ərazilərə bu qədər adam qanunsuz keçib

Tural İbadlı Əməliyyat-axtarış 23 fevral 2022
0
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb.
"NewsCafe"nin məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.
Onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfər barəsində cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən xəbərdarlıq olunub.
“Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır. Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və quruculuq işləri davam etdirilir”, - o vurğulayıb.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28