İlin sonuna qədər metronun yeni stansiyası açıla bilər

Tural İbadlı İnfrastruktur | Sosial 23 fevral 2022
0
Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində inşa olunan eyni adlı metro stansiyasının bu ilin sonuna qədər hazır olması nəzərdə tutulur.
"NewsCafe" xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
"Xocəsən” stansiyasında tikinti işləri mərhələli şəkildə aparılır və birinci mərhələ üzrə işləri artıq yekunlaşmaq üzrədir. Tikinti işləri təkcə metropolitenin obyektləri və stansiyalarının inşası ilə tamamlanmır. Burda çox geniş mühəndis-texniki qurğular və avandalıqlar quraşdırılmalıdır ki, bu sahədə də işlər gedir. Yəqin ki, bu il tikinti işlərinin birinci mərhələsini və “Xocəsən” stansiyasının tikintisini başa çatdıracağıq”, - deyə o qeyd edib.
@Report.az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28