AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib

Tural İbadlı İnfrastruktur | Siyasət 24 fevral 2022
0
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.
Bu barədə "NewsCafe"yə AZAL-dan bildirilib.
Sözügedən qərar NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Həmin müddət təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28