Bakıya yeni gətirilmiş 50 avtobus istismara verilib

Tural İbadlı İnfrastruktur 24 fevral 2022
0
Bu günlərdə Bakıya gətirilmiş, "Avro 6" standartına cavab verən 50 ədəd "Otokar" markalı, CNG mühərrikli avtobuslar istismara verilib.
Bu barədə "NewsCafe"yə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, nəqliyyat vasitələri 186165 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib. Bu marşrut xətlərindən çıxarılan "İsuzu" markalı avtobuslar isə "Daewoo" markalı avtobusları əvəz etmək üçün 119135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.
BNA-nın tapşırığına əsasən, daşıyıcı sərnişin tələbatını nəzərə almaqla, ayrı-ayrılıqda hər üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarır. Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28