Rusiya XİN Türkmənçay sazişi ilə bağlı paylaşımdakı səhvini düzəldib

Tural İbadlı Xarici xəbərlər | Sosial 24 fevral 2022
0
Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində 1828-ci il Türkmənçay sazişi ilə bağlı xəbərdəki səhv aradan qaldırılıb.
NewsCafe” xəbər verir ki, həmin materialın mətnindən “Şərqi Ermənistan” ifadəsi çıxarılıb.
Fevralın 22-də Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda qeyd edilir: “Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı vaxtda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəssüf doğurur”.
“Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - bəyanatda vurğulanır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28