Ağdaşda “Özgüvən və motivasiya aydın və uğurlu gələcəyin başlanğıcıdır” adlı elmi-praktik konfrans keçirilib

Tural İbadlı Elm-Təhsil 25 fevral 2022

Ağdaşdakı Heydər Əliyev Mərkəzində “Özgüvən və motivasiya aydın və uğurlu gələcəyin başlanğıcıdır” adlı elmi-praktik konfrans keçirilib.
NewsCafe” xəbər verir ki, konfransda Ağdaş Rayon Təhsil Şöbəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, pedaqoqlar və qazilər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd insanlarda və orta ümumtəhsil müəssisələrində şagirdlərdə motivasiya hissi formalaşdırmaq, şagirdlər arasında davranış qaydaları ilə bağlı baş verən qüsurları aradan qaldırmaqdır.
Psixoloq-loqoped Sevinc Abdullayevanın nitq qüsurlu uşaqlarla keçirdiyi dərslərlə bağlı hazırlanan video rolik iştirakçılara təqdim edilib.
S.Abdullayeva açıqlamasında tədbirin əsas məqsədindən danışıb:
“Bugünkü tədbirimizin əsas məqsədi insanlarda. əsasən də orta məktəblərdəki uşaqlarda motivasiya hissini formalaşdırmaqdır. Həmçinin uşaqlarda özgüvənlik, diqqət əskikliyi, asossiallıq kimi problemlərinin aradan qaldırılmasında məktəb psixoloqlarına təlimatların verilməsidir”.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28