Gənclər və İdman Nazirliyi Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıb

Tural İbadlı İdman 25 fevral 2022
0
Gənclər və İdman Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar videoçarx hazırlayıb.
"NewsCafe"nin məlumatına görə, video Xocalıda misli görünməmiş qəddarlıq və amansızlıqla qətlə yetirilmiş 63 günahsız uşağın ruhuna ithaf olunub.
Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28