Samirə Musayeva: “Sahibkarlar bəzən texniki səhv ucbatından sanksiyalara məruz qalır”

Tural İbadlı Maliyyə-Biznes | Sosial 25 fevral 2022
0
“Sahibkarlar bəzən hər-hansı texniki səhv ucbatından sanksiyalara məruz qalır”.
NewsCafe” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
S.Musayeva qeyd edib ki, dövlət orqanları arasında inteqrasiya gücləndirilməklə bir sahibkarın bir neçə dövlət qurumundan eyni sənədlərin verilmə zərurəti aradan qaldırılacaq:
“Vergi orqanı əldə etdiyi məlumatlardan istifadə etməklə vergi ödəyicisini vaxtında xəbərdar etmək, məlumatlandırmaq, avtomatik xəbərdarlıq bildirişləri formalaşdırmaqla riskləri aradan qaldırmaq üçün inzibatçılıq tədbirləri görür. Təbii ki, çağırışların həll olunması, yaxud daha da təkmilləşmənin aparılması üçün hələ də inzibatçılıq təkmilləşdirilmələri ilə bağlı tədbirlər həyata keçirilə bilər.
Dövlət orqanları arasında inteqrasiyanın gücləndirlməsinə gəlincə, bu gün vergi orqanları həm kommersiya bankaları, həm statistika komitəsi və çoxsaylı digər dövlət qurumları ilə çevik məlumat mübadiləsi var. Sahibkarlar bir muzdlu işdən əldə edilən gəlirlərə görə, bütün ödənişləri vahid hesabatda birləşdirib vergi ödəyicilərinə verilməsi həmin çağırışların həmin hissədə aradan qaldırılmasına xidmət edib. Amma burada da inzibatçılığın təklmilləşdirilməsinə imkan var”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28