Aeroflot” bu gündən Avropaya bütün uçuşlarını ləğv edib

Tural İbadlı Xarici xəbərlər 28 fevral 2022
0
Rusiyanın “Aeroflot” hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.
NewsCafe” xəbər verir ki, bu barədə aviadaşıyıcı bəyanat yayıb..
“Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır”, - şirkətin açıqlamasında bildirilir.
Daha əvvəl bildirilirdi ki, “Aeroflot” Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28