ASCO-nun Qara və Azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib

Tural İbadlı İnfrastruktur | Sosial 28 fevral 2022
0
Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.
"NewsCafe" xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.
"Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib.
Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə gətirilib.
Ümumilikdə, hadisələrin gedişatını izləməkdəyik, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görülür və bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28