DANX: "Ukraynada olan azərbaycanlı sürücülərin 6 yük avtomobili Rumıniya sərhədinə çatıb"

Tural İbadlı İnfrastruktur | Sosial 28 fevral 2022
0
Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir.
Bu barədə "NewsCafe"yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.
İlkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər.
Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28