Rusiyanın Ukraynaya hücumu Azərbaycan sahibkarlarına təsirsiz ötüşmədi

Tural İbadlı Aqro | Siyasət 28 fevral 2022
0
Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixrac edənlərin potensialı gəlirlərini təxminən 40% azaldıb.
"NewsCafe" xəbər verir ki, bunu “Report”a açıqlamasında "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.
"Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz orada rublla satılır, daha sonra əldə olunan gəlirlər ABŞ dolları formasında Azərbaycan qayırır. Hazırda isə Rusiyada 1 dollar 110-120 rubla bərabərdir. Bu da o deməkdir ki, potensial gəlirlərimizin təxminən 40%-dən məhrum olmuşuq. Üstəlik Rusiya banklarının məlum vəziyyətə görə həmin pulu Azərbaycana köçürüb-köçürməyəcəkləri sual altındadır. Odur ki, ixracatçıların dövlətin dəstəyinə eytiyacı var. Dəstək mexanizmləri bütün dünyada sahibkarlara aylıq, kommunal, istehsal xərclərinin ödənilməsi üçün müxtəlif formalarda maddi yardımlardan ibarət olur”, - deyə o, qeyd edib.
Bundan başqa, B.Quliyevin sözlərinə görə, son günlər meyvə-tərəvəzin Rusiya bazarlarına çatdırılması da çətinliklərlə müşaiyət olunur: "Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz qonşu ölkənin sərhədində qalıb. Rusiyaya girişdə böyük tıxaclar var. Fevralın 14-dən yüklənmiş maşınlar o tərəfə keçə bilməyib. Rusiya sərhədində maşınların keçmə sürəti çox aşağıdır, gün ərzində az sayda maşın buraxırlar. On gün tıxacda qalan maşınlar var. Rusiyadan Azərbaycana qayıdan maşınların da böyük tıxacı yaranıb”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28