Sergey Şoyqu: "Rusiyanın nüvə qüvvələri hazır vəziyyətə gətirilib"

Tural İbadlı Xarici xəbərlər | Sosial 28 fevral 2022
0
Şimal və Sakit Okean donanmaları, eləcə də uzaqmənzilli raketlərlə təchiz olunmuş aviasiya gücləndirilmiş heyətlə hazır vəziyyətə gətirilib.
NewsCafe” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
“Strateji qüvvələrin komandanlıq məntəqələrində növbələr keçirilir. Raket Qoşunları, Şimal və Sakit Okean donanmaları və Uzaqmənzilli Raketli Aviasiya Komandanlığı gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlayıb”, - deyə o, jurnalistlərə bildirib.
Qeyd edək ki, Vladimir Putin fevralın 27-də müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə nüvə qüvvələrinin (çəkindirici qüvvələr) döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28