ABŞ-ın koronavirus (COVID-19) əleyhinə vaksin istehsalçısı - “Pfizer H.C.P. Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
“NewsCafe” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, sözügedən nümayəndəlik 2009-cu ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, qanuni təmsilçisi isə Dmiri Sergeyeviç Kozenkovdur.