Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib.
“NewsCafe” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında onları yaxınları və qohumları qarşılayıb.
Qeyd edək ki, Rumıniya ilə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.
@Report.Az