Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqlayıb

Tural İbadlı Xarici xəbərlər | Siyasət 01 mart 2022
0
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır.
Bu barədə "NewsCafe" xarici mətbuata istinadən xəbər verir.
“Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır”, - Ukrayna Prezidenti bildirib.
Eyni zamanda, Zelenski Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı cavab verməyib. O, jurnalistin Rusiya tərəfinin danışıqlara hazır olub-olmaması və bu görüşlərin məhsuldar olub-olmayacağı ilə bağlı sualını “Baxarıq” - deyə cavablandırıb.
Prezidentin sözlərinə görə, Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”, - Ukrayna lideri vurğulayıb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031