Zelenski: “Rusiya ilə danışıqlarda Kiyevə lazım olan nəticə yoxdur”

Tural İbadlı Xarici xəbərlər | Sosial 01 mart 2022
0
“Rəsmi Kiyev və Moskva arasında aparılan danışıqların nəticələrinə görə, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur”
NewsCafe” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur”, - deyə Zelenski əhaliyə videomüraciətində bildirib.
Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raunduna necə keçəcəyinə qərar verəcək.
Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031