XİN: “Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir”

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 02 mart 2022
0
"Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir".
"NewsCafe" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda səfirlik Ukraynada ciddi təhlükə ilə üzləşmiş vətəndaşlarımızın təxliyəsi üzrə fəaliyyətini davam etdirir.
Leyla Abdullayeva həmçinin, Ukrayna-Polşa və Ukrayna-Moldova sərhədini keçmiş vətəndaşlarımızın Vətənə gətirilməsi üçün Azərbaycanın Polşadakı və Moldovadakı səfirliklərinə əlavə əməkdaşların yönləndirildiyini bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031