“Azərbaycanfilm” kinostudiyasının direktoru dəyişib

Tural İbadlı Teatr-kino | Sosial 04 mart 2022
0
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.
Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.
F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.
Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.
Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Hüseynov təyinat alıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031