Bu il "Bakcell" Qarabağdakı şəbəkəsinə 23 milyon manat investisiya qoyacaq

Tural İbadlı HiTech 04 mart 2022
"Bakcell" MMC işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın məbləğini 23 milyon manata çatdıracaq. Bununla da 2022-ci ilin sonuna qədər Qarabağda qurulmuş baza stansiyalarının sayı 100-ü keçəcək.
Hazırda "Bakcell" şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.
"Bakcell" Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031