Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb

Tural İbadlı Maraqlı 04 mart 2022
0
Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından Rusiyada sosial şəbəkə tərəfindən informasiya resurslarına qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.
Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031