Dövlət Vergi Xidməti "Veysəloğlu"na güzəştə getdi

Tural İbadlı Maliyyə-Biznes | Sosial 05 mart 2022
0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə qaldırılmış işə xitam verib.
Bu barədə “NewsCafe"yə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, işəbaxma zamanı MMC tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə əlaqələndirib.
“Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib.
Xatırladaq ki, Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdı.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031