Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 05 mart 2022
0
Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.
Bu barədə "NewsCafe"yə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.
"Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031