Putin Beynəlxalq Cüdo Federasiyasından qovuldu

Tural İbadlı Fərdi 07 mart 2022
0
Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putini və milyarder Arkadi Rotenberqi təşkilatdakı bütün vəzifələrindən uzaqlaşdırıb.
NewsCafe” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın dövlət başçısı və dostu dünya cüdo rəhbərliyi ilə sıx bağlı idi. Bundan əlavə, Rotenberq Rusiya Hokkey Federasiyasının idarə heyətinin rəhbəridir.
Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası fevralın 27-də Putinin təşkilatın fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edib.
Rusiya Ukraynada müharibəyə başladıqdan sonra bu ölkənin demək olar, bütün idmanı xarici turnirlərdən təcrid olunub.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031