"Nar şirəsi" pyesinin premyerası olub

Tural İbadlı Teatr-kino | Sosial 10 mart 2022
0
Milli Teatr Günündə Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın "Nar şirəsi" pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.
Teatrdan "NewsCafe"yə verilən məlumata görə, premyerada əsəri rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli, eləcə də rayon ictimaiyyəti və məktəblilər iştirak edib.
Tamaşadan əvvəl teatr sexləri (musiqi, geyim, dekorasiya) ilə tanış olunub, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçirilib. Teatrın unudulmaz sənətkarlarına, tamaşalarına həsr olunan foto-tendə baxılıb.
Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edib.


Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031