Nazir müavini: "Xəzər dənizinin çirklənməsində neft şirkətlərinin rolu böyükdür"

Tural İbadlı Ekologiya | Sosial 10 mart 2022
0
“Bu gün Xəzər dənizini çirkləndirən 128 mənbə var. Bu mənbələr Samur çayından Astaraya qədər olan ərazilərdə yerləşir”.
“NewsCafe” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
“Biz Xəzər dənizi hövzəsinin ekoloji vəziyyətini qorumaq üçün bütün dövlət qurumları ilə birlikdə işləyirik, monitorinqlər keçiririk. Hazırda bizim Əlif Hacıyev adına xüsusi elmi-tədqiqat gəmimiz var və mütəmadi olaraq monitorinqlər aparır. Bu il 3 dəfə belə monitorinq aparılıb. Samur çayından Astaraya qədər yerləşən sənaye müəssisələrinin, həmçinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərinin dənizin çirkləndirilməsində rolu böyükdür. Biz maarifləndirici tədbirlər görürük, bunun böyük təsiri var və davam etməlidir”, - o deyib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031