Rusiya Azərbaycana uçuş üçün koronavirusla bağlı məhdudiyyətləri ləğv edib

Tural İbadlı İnfrastruktur 11 mart 2022
0
Rusiya martın 9-dan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlar üçün koronavirusla (COVİD-19) bağlı məhdudiyyətləri aradan qaldırıb.
NewsCafe” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Məlumata görə, adı çəkilən ölkələr üzrə aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş"lər çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, Rusiya pandemiyaya görə 2020-ci ilin mart ayından bir sıra ölkələrə uçuşları məhdudlaşdırıb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031