Qəbələ şəhər stadionu səhərədək iki dəfə qardan təmizlənib

Tural İbadlı Ekologiya 14 mart 2022
0
Qəbələ şəhər stadionunun ot örtüyü gecədən səhərədək iki dəfə qardan təmizlənib.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin müdiri Elgiz Abbasov məlumat verib.
PFL rəsmisi ot örtüyünün nəzarətdə olduğunu bildirib: "Hazırda hava yaxşıdır və qar yağmır. Bir azdan stadionda xətlənmə olacaq. Ümumi durum da normaldır. Görüşün planlaşdırılan vaxtda başlayacağına ümid edirik".
Qeyd edək ki, ötən gün "Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur oyunu qara görə təxirə salınıb. Qarşılaşma bu gün saat 12:30-da qaldığı yerdən - 65-ci dəqiqədən davam etdiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031