XİN: "Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq"

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 14 mart 2022
0
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində keçirilən "parlament seçkiləri" ilə bağlı açıqlama yayıb.
"NewsCafe" xəbər verir ki, XİN-in açıqlamasında deyilir:
"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031