ABŞ dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 15 mart 2022
0
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"NewsCafe" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031