Azərbaycanın gömrük idarələri Novruzda 3 gün fəaliyyət göstərəcək

Tural İbadlı Maliyyə-Biznes | Sosial 15 mart 2022
0
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
"NewsCafe" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
"Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər" - qurum bəyan edib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031