“Mobil Notariat” istifadəçilərinə “Mastercard”la bağlı xəbərdarlıq edilib

Tural İbadlı Maliyyə-Biznes 15 mart 2022
0
Notariat Palatası “Mobil Notariat” mobil tətbiqindən istifadə edənlərə xəbərdarlıq edib.
NewsCafe”nin məlumatına görə, xəbərdarlıqda deyilir ki, ölkə üzrə bəzi bank kartları, xüsusilə də “MasterCard” tipli bank kartları vasitəsi ilə bütün onlayn ödənişlər edilməsində çətinliklər yaranıb. Belə hallarla qarşılaşdıqda digər bank kartlarından istifadə etməyiniz xahiş olunur.
Xatırladaq ki, Notariat Palatası 2018-ci ildə yaradılıb, notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirən Palata fəaliyyətini Konstitusiyaya, Mülki Məcəlləyə, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara, eləcə də Nizamnaməsinə əsasən həyata keçirir.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031