Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq

Tural İbadlı Ölüm | Sosial 15 mart 2022
0
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə "NewsCafe"yə Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.
O qeyd edib ki, R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.
Xalq yazıçısı ilə vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031