Sərdar Berdıməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib

Tural İbadlı Xarici xəbərlər | Siyasət 15 mart 2022
0
Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçilib.
NewsCafe” xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.
Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.
MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:
- Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov - 2,02%;
- Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov - 7,22%;
- Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıməhəmmədov - 72,97%;
- Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov - 2,22;
- “Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov - 1,08%;
- Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev - 11,09%;
- Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov - 1,15%;
- Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev - 1,16%;
- Dövlət Energetika İnstitutunun “Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev - 1,09%.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031