Türkiyənin daha 4 televiziya kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

Tural İbadlı HiTech | Sosial 17 mart 2022
Bu aydan Türkiyənin daha 4 televiziya kanalı - “TMB, “Akıllı”, “Nurs” və “EuroTrio” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.
Bu barədə "NewsCafe"yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib.
Məlumatda deyilir ki, “TMB TV”-də əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” -də daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV”-nin gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031