Bakıda yeni marşrut xətti fəaliyyətə başladı

Tural İbadlı İnfrastruktur | Siyasət 20 mart 2022
0
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Bakı Dəmiryolu Vağzalı - 11 saylı məktəb istiqamətində 27 nömrə adı altında yeni müntəzəm marşrut xətti təşkil edilib.
Bu barədə "NewsCafe"yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, marşrutun fəaliyyəti 21.03.2022-ci il tarixindən təşkil ediləcək.
Belə ki, dəyişiklikdən sonra vətəndaşların Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda "Çermet" adlanan yaşayış massivindən birbaşa əlavə ödəniş etmədən “28 May” m/st istiqamətində gedişləri mümkün olacaq.
Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmiryolu vağzalı) müəyyənləşdirilib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031