Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 25 mart 2022
0
Azərbaycan müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub.
Bu barədə "NewsCafe"yə Müdafiə Nazirliyindən bildirilib.
Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031