Nazirlikdən işdən çıxan şəxsə "Azercell"də yüksək vəzifə verildi

Tural İbadlı HiTech 26 mart 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.
"NewsCafe"nin “Report”a istinadən verdiyi məlumata görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib.
Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.
A.Qasımov isə “Azercell Telekom” MMC-nin transformasiya proqram meneceri təyin edilib.
Anar Qasımov
Ceyhun Hüseynzadə
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031