Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Tural İbadlı Qəza 30 mart 2022
0
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumatda deyilir:
"Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb. Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031