Sabah ölkədə hava yağmursuz olacaq

Tural İbadlı Ekologiya 31 mart 2022
0
Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən “NewsCafe”yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031