Vasif Abbasov: “STEPI ilə əməkdaşlıq yeniliklərin tətbiqinə imkan verəcək"

Tural İbadlı HiTech | Sosial 31 mart 2022
"Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə əməkdaşlığı texnologiyaların transferi və kommersiyalaşdırılması, startap-biznes inkubasiyası, eləcə də digər strateji fəaliyyətlərin həyata keçirilməsində mühüm rol oynayır”.
NewsCafe” xəbər verir ki, bunu Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov bildirib.
"2022-2024-cü illərdə birgə həyata keçirəcəyimiz “İstismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi bizə bir sıra yenilikləri tətbiq etməyə imkan verəcək", - deyə o, qeyd edib.
Baş direktorun sözlərinə görə, elmin müasir tələblərə uyğun inkişafı, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyaların inkişaf etdirilməsi məqsədilə yaradılmış Park ölkədə biznes təşəbbüskarlığı, innovativ tədqiqat və inkişaf, bilik iqtisadiyyatının inkişafına töhfə verən aparıcı yerli və beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin elmi müəssisələri ilə birgə fəaliyyəti təmin etməyi qarşısına məqsəd qoyub.
"STEPI ilə 2017-ci ildən başlamış əməkdaşlıq elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması və tətbiqinin stimullaşdırılması, akademiya-sənaye əməkdaşlığının mövcud sahibkarlıq fəaliyyətlərinin inkişafındakı rolunun müəyyən edilməsi, elmi tədqiqat işlərinin sənayenin və real biznesin, o cümlədən aqrar sektorun tələblərinə uyğunlaşdırılmasını təmin edən işgüzar mühitin formalaşdırılması baxımından Park və AMEA-nın digər elmi tədqiqat müəssislərinin əməkdaşlarının potensiallarının gücləndirilməsinə zəmin yaradıb və onların bu sahələrdə öz bacarıqlarının artırılmasını təmin edib", - deyə V.Abbasov əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031