Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialı ləğv edilib.
“NewsCafe”nin "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.
Bu gün İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.
Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.