Kommunal sektorda fəaliyyət göstərən təşkilatlarla görüş keçirilib

Tural İbadlı Maliyyə-Biznes | Sosial 04 aprel 2022
0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib.
"NewsCafe" Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüş "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov, Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənovun iştirakı ilə baş tutub.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təbii inhisarçıların fəaliyyətinə dövlət nəzarəti ilə bağlı görülən işlər, qarşıya qoyulan məqsədlər barədə məlumat verib, bu sahədə əməkdaşlığın önəmini qeyd edib. Görüşdə ölkədəki antiinflyasiya tədbirlərində kommunal qurumların rolu vurğulanıb, sahibkarların ehtiyaclarının çevik qarşılanması zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə əhalinin az təminatlı təbəqələrinin mənafeyinin müdafiəsi, sahibkarların kommunal xidmətlərə qoşulmaq barədə müraciətlərinə operativ baxılması, enerji və su təchizatı sahəsində istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930