AQTA şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlayıb

Tural İbadlı Səhiyyə | Sosial 05 aprel 2022
0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirdiyi monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkarlayıb.
Bu barədə "NewsCafe"yə AQTA-dan məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930