“Azəriqaz”ın əməkdaşı fiziki hücuma məruz qalıb

Tural İbadlı Hadisə 05 aprel 2022
0
“Azəriqaz”ın əməkdaşı fiziki hücuma məruz qalıb
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.
"NewsCafe" bu barədə “Azəriqaz” İB-ə istinadən xəbər verir.
Belə ki, abonentin öncədən ödənişli (smart-kart tipli) qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsi aşkarlanıb. Bu səbəbdən əvəzlənməsi üçün abonent məlumatlandırılıb. Lakin bir neçə gün keçməsinə baxmayaraq sayğacın əvəzlənməsinə istehlakçı tərəfindən şərait yaradılmayıb.
"Bu gün əməkdaşımız Ağamirzə Vəliyev təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonentin hücumuna məruz qalıb. Bu hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunub", - İB-dən qeyd ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930