Sahil Babayev məşhur boksçuya vəzifə verir

Tural İbadlı Fərdi | Sosial 05 aprel 2022
0
Sahil Babayev məşhur boksçuya vəzifə verir Azərbaycanın veteran boksçusu Əli İsmayılov qadınlardan ibarət yığmanın baş məşqçisi təyin olunacaq.
Bu barədə "Report"a məşhur idmançının özü məlumat verib.
Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi bildirib ki, bu vəzifə federasiyanın yeni prezidenti Sahil Babayevin veteranlarla görüşü zamanı ona təklif olunub: "Federasiyanın yeni rəhbərliyindən təklif gəldi, mən də imtina etmədim. Hazırda danışıqlar gedir. Məsələ rəsmiləşməsə də, böyük ölçüdə dəqiqləşib".
O, hələlik köməkçilərinin kimliyinin dəqiqləşmədiyini söyləyib: "Mayın əvvəlində Türkiyənin İstanbul şəhərində böyüklər arasında dünya çempionatı olacaq. Çox güman ki, oraya köməkçisiz gedəcəyəm. Mənim təklifimlə yığmada yalnız qadın həkim olacaq. Müvəqqəti çətinlikdir, daha sonra köməkçilərim də bilinəcək".
Qeyd edək ki, Əli İsmayılov qadınlardan ibarət millidə Elbruz Rzayevi əvəzləyəcək.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930