"Azərişığ"ın sədri Gəncədə vətəndaşları qəbul edəcək

Tural İbadlı Energetika | Siyasət 07 aprel 2022
0
"Azərişığ"ın sədri Gəncədə vətəndaşları qəbul edəcək "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-d, saat 10:00-da Gəncə, Samux Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.
NewsCafe”nin “Azərişığ”a istinadən verdiyi məlumata görə, qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və yaxud səhmdar cəmiyyərinin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930