Bakıda analoqu olmayan yol təmiri

Tural İbadlı İnfrastruktur 07 aprel 2022
0
Bakıda analoqu olmayan yol təmiri Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına asfalt çəkilməyib.
Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə yola asfalt çəkilib. Həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb.
Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirdi ki, məsələ bu gün həllini tapacaq:
“Əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Çünki bizim sahibi tapılmayan avtomobilin yerini dəyişməyə ixtiyarımız yoxdur. Bu gün artıq məsələ həllini tapacaq”.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930