“İrşad Elektronics”ə maliyyə sanksiyası tətbiq edilib

Tural İbadlı Maliyyə-Biznes 07 aprel 2022
0
“İrşad Elektronics”ə maliyyə sanksiyası tətbiq edilib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İrşad Elektronics” MMC-yə maliyyə sanksiyası tətbiq edib.
Bu barədə "NewsCafe" qurumdan bildirilib.
Məlumata görə, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün kompleks tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
“İnteqral” QSC, “İrşad Elektronics”, “Soliton LTD” və “Elcore Distribution az” MMC-lər sorğuda tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb. Bu gün “İrşad Elektronics”ə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.

Digər təsərrüfat subyektləri üzrə işə baxılmasının nəticələri barədə məlumat veriləcək və Dövlət Xidmətinin internet səhifəsində yerləşdiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930