Bakı Nəqliyyat Agentliyi Hesablama Palatasının yoxlamalarına dair açıqlama yayıb

Tural İbadlı Maliyyə-Biznes 12 aprel 2022
0
Bakı Nəqliyyat Agentliyi Hesablama Palatasının yoxlamalarına dair açıqlama yayıb Hesablama Palatası Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci il üzrə təsərrüfat fəaliyyətini audit edib.
Bu barədə "NewsCafe"yə qurumdan bildirilib.
Məlumata görə, 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Palatanın tövsiyələri nəzərə alınmaqla həll edilir. Yoxlama başlayana qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 avtobusdan 395-i Bakıya idxal olunub. 20 avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqdan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatdırılması ləngimədən həyata keçirilib. 415 avtobusun idxalı tam yekunlaşdıqdan sonra nizamnamə kapitalının artırılması üçün müraciət olunub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930